Homepage
 aze  rus  eng 










Vətəndaşların müraciətləri  

Vətəndaşların, dövlət və qeyri-dövlət təşkilatların müraciət, təklif və sorğularının yerləşdirilməsi, qeydiyyatı və dövriyyəsi bölməsi.

Şəxslərin qəbul edilməsi
Qaydası

 

1. Bakı Apellyasiya Məhkəməsində şəxslərin qəbulu məhkəmənin sədri və aidiyyəti qurum olan ümumi şöbənin məsul işçiləri tərəfindən həyata keçirilir.

 

2. Bakı Apellyasiya Məhkəməsinin sədri şəxsləri həftənin çərşənbə axşamı günü saat 14:00-dan 18:00-dək qəbul edir.

 

3. Şəxslər bir qayda olaraq qəbul günü saat 09-00-dan 13-00-dək ərizə ilə məhkəmənin ümumi şöbəsinə müraciət edir, ərizələr araşdırılıb yoxlanıldıqdan sonra sədrin qəbuluna yazılırlar. Qəbula yazılmaq üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

3.1. şəxsiyyəti təsdiq edən sənəd;
3.2. şikayət ərizəsi;
3.3. məhkəmə aktlarının surəti.

 

4. Bakı Apellyasiya Məhkəməsinin Ümumi şöbəsinin məsul işçiləri tərəfindən şəxslərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

 

5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

 

6. Korrupsiya və ya süründürməçiliklə bağlı ərizə və müraciətlər məhkəmənin aşağıda qeyd edilən elektron ünvanına göndərilə bilər.

 

contact@bakuappealcourt.gov.az


© 2005 - 2010  BakuAppealCourt.az | All rights Reserved    |    Saytın hazırlanması ExtraWeb şirkəti