Homepage
 aze  rus  eng 










Bakı Apellyasiya Məhkəməsi  

 

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi – birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Bakı Apellyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mubahisələrə dair, cinayət və inzibati xətalara dair işlər uzrə yuxarı instansiya məhkəməsidir.

Bakı Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.

Bakı Apellyasiya Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.

Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır:


© 2005 - 2010  BakuAppealCourt.az | All rights Reserved    |    Saytın hazırlanması ExtraWeb şirkəti