XƏBƏRLƏR
04.09.2009Bakı Apellyasiya Məhkəməsinin Məlumatı
“Bizim Yol” qəzetinin 04.09.2009-cu il tarixli № 183(1256) sayında “Vergilər Departamentinin qərarı ləğv edildi” başlıqlı yazı dərc edilmişdir.
Həmin yazıda qeyd edilir ki, güya Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, dünən (yəni 03.09.2009-cu il tarixdə) məhkəmənin hakimi E.Nağıyevanın sədrliyi ilə “Arkobank” SB-nın apellyasiya şikayətinə baxılmış, bankın cərimə edilməsinə dair Bakı Vergilər Departamentinin qərarının ləğv edilməsi barədə məhkəmə qərarı qəbul edilmişdir.
Kütləvi informasiya vasitəsində dərc edilmiş həqiqətə uyğun olmayan və yoxlanılmamış məlumatla bağlı bildiririk ki, 01.09.2009-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının iclasında “Arkobank” SB-nın apellyasiya şikayətinə deyil, Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin təqdimatına baxılmış, məhkəmə iclasının qərarı ilə qeyd edilən bankın cərimə edilməsinə dair Bakı Vergilər Departamentinin qərarının ləğv edilməsi barədə məhkəmə qərarı deyil, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 29.10.2003-cü il tarixli qətnaməsi üzrə qəbul edilən 23.12.2008-ci il tarixli məhkəmə qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edildiyindən, həmin 23.12.2008-ci il tarixli qərardada əsasən verilmiş icra vərəqəsi üzrə icraata xitam verilmişdir.
Bakı Apellyasiya Məhkəməsi.









