Homepage
 aze  rus  eng 










XƏBƏRLƏR

12.10.2009

“Azadlıq” qəzetinin 11-12 oktyabr 2009-cu il tarixli № 229(4082) sayında dərc edilmiş məqalə ilə bağlı məlumat

“Azadlıq” qəzetinin 11-12 oktyabr 2009-cu il tarixli № 229(4082) sayında “Ərizəsini geri götürmədiyindən qızını oğurlamaq istəyirlər” başlıqlı yazı dərc edilmişdir.

Həmin yazıda Mübariz Quliyevin zərərçəkmiş şəxs qismində tanındığı Quliyev Mübariz Rəhman oğlunun barəsində olan cinayət işinin Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğunu və cinayət işinə indiyədək baxılmadığı qeyd edilmişdir.

Kütləvi informasiya vasitəsində yoxlanılmadan dərc edilən məlumatla bağlı bildiririk ki, Əzizbəyov Rayon Məhkəməsinin Binyətov Gülverdi Allahverdi oğlunun barəsindəki hökmdən zərərçəkmiş şəxs M.Quliyev və təqsirləndirilən şəxsin müdafiəçisi N.Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyası tərəfindən 16 mart 2009-cu il tarixdə zərərçəkmiş şəxslər M.Quliyev və S.Qəmbərovanın iştirakı ilə baxılmış, iş üzrə çıxarılan hökm əsaslı və qanuni olduğu üçün dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri isə təmin edilməmişdir.



Bakı Apellyasiya Məhkəməsi.



© 2005 - 2010  BakuAppealCourt.az | All rights Reserved    |    Saytın hazırlanması ExtraWeb şirkəti