XƏBƏRLƏR
14.10.2009“TƏZADLAR” qəzetinin 13-15 oktyabr 2009-cu il tarixli 199-200 (1020-1021) sayında dərc edilmiş məqalə ilə bağlı məlumat
“TƏZADLAR” qəzetinin 13-15 oktyabr 2009-cu il tarixli 199-200 (1020-1021) sayında “Məhkəmə karuseli” başlıqlı yazı dərc edilmişdir.
Həmin yazıda Paşayev Elxan Zaur oğlunun tərəf kimi iştirak etdiyi 4 mülki işə eyni məhkəmə tərkibi tərəfindən baxılması, həmin hakimlərin işə səhlənkar yanaşmaları və qanunsuz qərarlar qəbul edilməsi qeyd edilmişdir. .Kütləvi informasiya vasitəsində yoxlanılmadan, hüquqşünas tərəfindən redaktə edilmədən dərc edilən məlumatla bağlı bildirilir ki, 2008-2009-cu illər ərzində Paşayev Elxan Zaur oğlunun iddiaları və ona qarşı iddialar üzrə Bakı Apellyasiya Məhkəməsində müxtəlif xarakterli - Paşayev Elxan Zaur oğlunun atalıq hüququndan məhrum edilməsi, aliment tələbi, mənzil mübahisələləri, Paşayevin işə bərpa barədə iddiaları üzrə 8 (səkkiz) mülki iş olmuş, məqalədə qeyd olunan mülki işlər isə mübahisənin predmetinə və mahiyyətinə görə ayrı-ayrı işlər olmuşdur. Mülki prossesual qanunvericilikdə mübahisənin predmeti və mahiyyəti müxtəlif olan işlərə eyni hakim tərəfindən baxılması yolverilməz hesab edilməmişdir. Bununla yanaşı işə mahiyyəti üzrə baxılmağa başlanmazdan əvvəl tərəflərə məhkəmə tərkibi elan olunarkən Paşayev tərəfindən məhkəmə tərkibinə etiraz verilməmişdir.
Qeyd edilməlidir ki, Elxan Paşayevin valideynlik hüquqlarından məhrum edilməsi barədə - Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə məqalədə qeyd olunan məhkəmə tərkibi tərəfindən baxılaraq Paşayevin apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq Paşayevin valideynlik hüququndan məhrum edilməsi barədə keçmiş həyat yoldaşının iddia tələbi təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsi.









