gerb
 

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini və ədalət mühakiməsini həyata keçirən müstəqil məhkəmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının ədliyyə nazirinə tapşırılsın ki, on gün müddətində Məhkəmə-Hüquq Şurasının tərkibinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, ədalət mühakiməsinin rəsmi emblemi, hakimlərin xüsusi geyim formasının və xidməti vəsiqəsinin təsvirinə dair qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4. Müəyyən edilsin ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 80, 86, 87, 88, 91-ci maddələrində, 112-ci maddənin birinci və altıncı hissələrində, 114-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 90-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini — maliyyə məsələləri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, maddi-texniki təminat məsələləri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 108, 117, 118, 119 və 120-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər.

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin birinci hissəsində (məhkəmələrin maliyyə və digər maddi-texniki təminatı üzrə) və ikinci hissəsində (hissənin ikinci cümləsində—yalnız birinci instansiya məhkəmələrində maddədə qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması üzrə), 88-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini, 90-cı maddəsində (məhkəmələrin maddi-texniki təminat məsələləri üzrə) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 1 dekabr 1998-ci il

№ 30


Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 1 dekabr tarixli,
30 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının
Prezidenti yanında Məhkəmə-hüquq Şurası haqqında
Əsasnamə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-hüquq Şurası (bundan sonra — Məhkəmə-hüquq Şurası) «Məhkəmələr və hakimlər haqqında » Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır.

1.2. Məhkəmə-hüquq Şurası məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan olmaqla yalnız Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuldur.

1.3. Məhkəmə-hüquq Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Məhkəmələr və hakimlər haqqında» Qanunu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.4. Məhkəmə-hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.

2. Məhkəmə-hüquq Şurasının tərkibi

Məhkəmə-hüquq Şurasının tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən 7 üzvdən ibarətdir.

Məhkəmə-hüquq Şurasının tərkibinə ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, dövlət orqanlarında seçkili vəzifə tutan, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri daxil edilə bilməzlər.

3. Məhkəmə-hüquq Şurasının səlahiyyətləri

Məhkəmə-hüquq Şurası aşağıdakı məsələlərə baxır və Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir:

Məhkəmə-hüquq Şurası Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən digər məsələlərə də baxır.

Məhkəmə-hüquq Şurası baxılan məsələlər üzrə dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən sənəd və məlumatlar alır, dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşlarını, mütəxəssisləri və ekspertləri cəlb edir.

4. Məhkəmə-hüquq Şurasının işinin təşkili

Məhkəmə-hüquq Şurasının səlahiyyətlərinə aid edilmiş məsələlərə Şuranın iclaslarında baxılır. Həmin iclaslar ayda bir dəfədən az olmayaraq keçirilir.

Məhkəmə-hüquq Şurasının iclasının vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Şuranın üzvlərinə iclasa ən geci üç gün qalmış məlumat verilir.

Məhkəmə-hüquq Şurasının iclasına Şuranın üzvlərindən başqa digər şəxslər də dəvət oluna bilərlər.

Məhkəmə-hüquq Şurasının iclası Şuranın üzvlərinin üçdən iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

Məhkəmə-hüquq Şurasının iclasına Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şuranın üzvlərindən biri sədrlik edir.

Məhkəmə-hüquq Şurasının qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Şura üzvlərinin əsas çoxluğu ilə qəbul olunur. Məhkəmə-hüquq Şurasının iclasına sədrlik edən səsvermədə iştirak edir və axırıncı səs verir.

Məhkəmə-hüquq Şurası baxılan məsələlər üzrə qərarlar qəbul edir. Qəbul olunmuş qərarlar Şuranın iclasında iştirak etmiş bütün üzvlər tərəfindən imzalanır.

Məhkəmə-hüquq Şurası üzvünün xüsusi rəyi olduqda həmin rəy qərara əlavə edilir.

Məhkəmə-hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, Şuranın iclas protokolunun aparılması, Şuranın qəbul etdiyi qərarların icrası, habelə hakim vəzifəsinə namizədlərin sənədlərinin toplanması ilə bağlı digər məsələlərin həll edilməsi üçün Məhkəmə-hüquq Şurasının Katibliyi yaradılır.

Məhkəmə-hüquq Şurası Katibliyinin təşkilati təminatını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi həyata keçirir.

5. Hakim vəzifəsinə namizədlərin seçilmə qaydası

Hakim vəzifəsini tutmaq arzusunda olan hər bir Azərbaycan Respublikası vətəndaşı bu barədə ərizə ilə Məhkəmə-hüquq Şurasına müraciət edə bilər.

Həmin şəxs Məhkəmə-hüquq Şurası tərəfindən müəyyən olunmuş sənədləri təqdim etməlidir.

Bu şəxsin sənədləri «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinin tələblərinə cavab verirsə, Məhkəmə-hüquq Şurası hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədi ilə test üsulu ilə imtahan və müsahibə aparır.

İmtahan və müsahibədən müvəffəqiyyətlə keçmiş şəxsin hakim vəzifəsinə təyin olunması barədə Məhkəmə-hüquq Şurası Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir. Azərbaycan Respublikasının Prezidenti namizədlər sırasından Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə hakim vəzifəsinə təyin edilməli şəxslər barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, digər məhkəmələrin hakimlərini isə təyin edir.